Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib1-06-2025, 06:56 |
Bu barədə ictimai xadim Avetik Çalabyan "Facebook"da canlı yayımda məlumat verib. "Biz Ermənistanın baş prokuroru Anna Vardapetyanın diqqətini Paşinyanın, bizim nöqteyi-nəzərimizdən dövlətin EAK-nın daxili işlərinə qarışmasına bərabər olan hərəkətlərinə cəlb etmək istəyirik. Ermənistan konstitusiyası dövlətin erməni kilsəsinin və ya hər hansı digər dini qurumun işlərinə qarışmayacağına təminat verir", - o bildirib. Çalabyan əlavə edib ki, bunun fonunda Paşinyanın sosial şəbəkələrdə paylaşımlarının Ermənistan konstitusiyasına uyğunluğunun araşdırılması üçün cinayət işinin başlanması lazımdır. "DİA-AZ" Geri qayıt |