Əsas Səhifə > Ana xəbər / Güney Press > “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?”
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?”1-06-2025, 06:47 |
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, İrəvanın sülhlə bağlı verdiyi açıqlamalar qeyri-səmimidir və həqiqətə söykənmir: “İrəvanın sülh və təhlükəsizliklə bağlı verdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar riyakarlıqdan başqa bir şey deyil və həqiqətə əsaslanmır. Ermənistanın atdığı addımlar göstərir ki, İrəvan sülh haqqında düşünmür. Əksinə, sürətlə silahlanma siyasətini davam etdirir. Bütün bunlar bir daha ondan xəbər verir ki, Paşinyan sülh haqqındakı bəyanatları ilə sadəcə beynəlxalq ictimaiyyətdə Ermənistan haqqında müsbət təəssürat yaratmağa çalışır. Yəni hər zaman olduğu kimi, bu gün də Ermənistanın sözü ilə əməli arasında heç bir bağlılıq yoxdur”. Geri qayıt |