|
Tbilisi şəhərində mənzil alan əcnəbilər arasında İsrail vətəndaşları üstünlük təşkil edir. Yeniavaz.com “Galt & Taggart “şirkətinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin birinci rübündə satılan mənzillərin 12%-i İsrail vətəndaşlarının payına düşüb. Onları 3%-lə Rusiya vətəndaşları izləyir. Satışların 14%-i isə digər ölkələrin vətəndaşlarına məxsus olub. Eyni dövrdə Gürcüstan vətəndaşlarının bazardakı payı 70% təşkil edib. Statistikaya görə, son illərdə yerli alıcıların payında azalma müşahidə olunur, əcnəbilərin marağı isə artan xətt üzrə davam edir. Hesabata əsasən, 2026-cı ilin ilk rübündə Tbilisidə ümumilikdə 10 min 907 daşınmaz əmlak əməliyyatı qeydə alınıb. Satılan mənzillərin ümumi dəyəri 958 milyon dollara çatıb. Bu, illik müqayisədə satış sayında 16%, bazar həcminin isə 23,1% artdığını göstərir. Son 4 ildə Tbilisidə daşınmaz əmlak əməliyyatlarında İsrail və Rusiya vətəndaşlarının payı aşağıdakı kimi dəyişib: 2023-cü ildə Gürcüstan – 85% Rusiya – 5% İsrail – 4% Digər ölkələr – 6%
2024-cü ildə Gürcüstan – 80% İsrail – 10% Rusiya – 2% Digər ölkələr – 9%
2025-ci ildə Gürcüstan – 76% İsrail – 10% Rusiya – 3% Digər ölkələr – 11%
2026-cı ilin 1-ci rübündə Gürcüstan – 70% İsrail – 12% Rusiya – 3% Digər ölkələr – 14%
Geri qayıt
|