Əsas Səhifə > Güney Press > Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı

Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı


Bu gün, 15:11

Bu ilin mart ayında Azərbaycana qonşu İrandan 304 nəfər turist səfər edib.
Yeniavaz.com
xəbər edir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İrandan gələn turistlərin sayı 4,5 dəfə azalıb.
Qeyd edək ki, mart ayında Azərbaycana gələn iranlı turistlərin 60%-i və ya 183 nəfəri istirahət və əyləncə məqsədilə səfər ediblər. Bundan başqa, 63 nəfər qohumlara, dostlara baş çəkmək, 49 nəfəri işgüzar, 8 nəfəri tranzit, 1 nəfəri isə dini ziyarət məqsədilə İrandan Azərbaycana gəlib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-i İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-si isə ABŞ və İran atəşkəs elan ediblər.


Geri qayıt