Əsas Səhifə > Güney Press > Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmirBu gün, 14:04 |
|
Rusiyada Ermənistan istehsalı “Cermuk” mineral suyu ilə bağlı vəziyyətdə siyasi çalar yoxdur. Ermənistan mediasının xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib. O, buna əminliyini ifadə edib. Nazir məsələnin həll olunacağına şübhə etmədiyini də qeyd edib. “Cermuk”la bağlı heç bir problem görmürəm, keyfiyyətlə bağlı heç bir problem yoxdur”, - nazir əlavə edib. Qeyd edək ki, Rusiyada Ermənistanın “Cermuk” markalı mineral suyunun idxalı və satışı dayandırılıb. Geri qayıt |