Əsas Səhifə > Güney Press / Partiya > "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil"

"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil"


Bu gün, 06:20

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha reallaşa bilər. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu kimi məsələlərdə konkret sahələr üzrə baxılmalıdır:

"Məsələnin hansı sahələri əhatə etdiyi əsaslandırma ilə təqdim olunur. Əgər əsaslandırma həqiqətən də bütövlükdə vətəndaşın xeyrinə olan bir addım kimi anlaşılacaqsa, təbii ki, biz də bunu dəstəkləyəcəyik. Amma burada bütün detallar dəqiq olmalıdır. Çünki elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil — bu, daha çox intellektual sahəyə aid olan məsələlərə aiddir. Amma elə sahələr də var ki, orada işi saat üzərindən tənzimləmək mümkündür. Hər halda, sahəvi prinsipin necə gözlənildiyi burada dəqiq görünməlidir. Ondan sonra artıq münasibət bildirmək olar".


Geri qayıt