Əsas Səhifə > Güney Press > ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayırBu gün, 15:06 |
|
İranın ali rəhbəri Müctəba Xamenei hesab edir ki, ABŞ Yaxın Şərqdəki əməliyyatında "çöküş yaşayıb" və bunun sayəsində Hörmüz boğazında "yeni fəsil açılıb". "Report" xəbər verir ki, bu barədə dövlət mediasının da yaydığı Xameneinin bəyanatında bildirilib. O, həmçinin qeyd edib ki, ABŞ-nin və onun hərbi bazalarının regionda mövcudluğu qeyri-sabitlik amilidir, ABŞ hərbi obyektləri isə öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Vurğulanıb ki, Fars körfəzi regionunun gələcəyi kənar müdaxilə olmadan region ölkələrinin inkişafı ilə bağlı olmalıdır. Bəyanatda bildirilib ki, xarici qüvvələrin regionda yeri yoxdur, baş verən proseslər isə Yaxın Şərqdə və dünyada yeni nizamın formalaşmasının başlanğıcı kimi təqdim olunur. Geri qayıt |