Əsas Səhifə > Güney Press > “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb"
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb"Bu gün, 15:02 |
|
Cari ilin yanvar-mart aylarında “Agrarco” MMC-nin ixrac gəlirləri 27,6 milyon ABŞ dolları təşkil edib. "DİA-AZ" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilir.Məlumata görə, MMC-nin ixrac gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon ABŞ dolları və ya 4,7 dəfə artıb. Ötən ilin ilk üç ayında “Agrarco” MMC-nin ixrac gəlirləri 5,9 milyon ABŞ dolları idi. Şirkət ixrac həcminə görə, Azərbaycanın özəl şirkətləri arasında dördüncü yeri tutub. Qeyd edək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar. Geri qayıt |