Əsas Səhifə > Güney Press > Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib

Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib


Bu gün, 14:52

Azərbaycan manatının əsas ticarət tərəfdaşı ölkələrin valyutalarına qarşı real məzənnəsi açıqlanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin mart ayında manatın ABŞ dolları qarşısındakı real məzənnəsi 135 olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 132,3 olub.
Manatın Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnəsi 2025-ci ilin martından 2026-cı ilin mart ayınadək aşağıdakı kimi dəyişib:
ABŞ dolları – 132,3-dən 135-ə;
Çin yuanı – 134,6-dan 133,7-ə;
Qazaxıstan tengəsi – 110,4-dən 102,9-a;
Gürcüstan larisi – 106,6-dan 105,3-ə;
Rusiya rublu – 87,7-dən 83-ə;
Türkiyə lirəsi – 187,5-dən 182,4-ə;
Ukrayna qrivnası – 126,4-dən 130,7-ə;
Belarus rublu – 152,5-dən 136,8-ə;
İngiltərə funtu – 155,4-dən 153,9-a;
Avro – 122,9-dan 118,6-ya.


Qeyd edək ki, real məzənnə indeksi manatın yalnız nominal kursunu deyil, həm də ölkələr arasındakı inflyasiya fərqlərini nəzərə alaraq real alıcılıq qabiliyyətini göstərir.
ABŞ dolları və Ukrayna qrivnasına qarşı artım manatın real olaraq möhkəmləndiyini göstərir. Bu isə idxalı nisbətən ucuzlaşdırsa da, ixracın rəqabət qabiliyyətini zəiflədə bilər.
Rusiya rublu, avro və digər valyutalara qarşı azalma manatın həmin ölkələrin valyutasına nisbətən zəiflədiyini göstərir. Bu isə idxal mallarının bahalaşmasına, eyni zamanda ixrac üçün müəyyən üstünlüklərin yaranmasına səbəb olur.
Real məzənnə birbaşa olaraq ölkənin xarici ticarət balansına təsir edir. Manat bahalaşdıqda Azərbaycan məhsulları xarici bazarlarda daha bahalı görünür, ixrac çətinləşir. Manat ucuzlaşdıqda isə ixrac stimullaşır, lakin idxal malları bahalaşır və daxili inflyasiya təzyiqi arta bilər.


Geri qayıt