Əsas Səhifə > Güney Press > Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilərBu gün, 12:27 |
|
May ayında əfv sərəncamının imzalanıb-imzalanmayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bununla belə, cəmiyyətdə xüsusilə rezonans doğuran məhkumlarla bağlı mümkün əfv ehtimalları müzakirə mövzusuna çevrilib. Onlardan biri də qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovdur (Dağlı).
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, əfv fərdi xarakter daşıyan hüquqi aktdır və birbaşa ölkə başçısı tərəfindən imzalanır.
“Əfv sərəncamı ilə bağlı hər hansı planlaşdırma olduqda, bu proses adətən 2-3 ay əvvəl başlayır. Bu müddətdə ictimaiyyətə müəyyən siqnallar verilir, məhkumların ailələri və ya özləri tərəfindən Əfv Komissiyasına müraciətlər edilir. Komissiya isə daxil olan müraciətləri araşdırmağa başlayır.”
“Şəxsin əfvə düşməsi üçün o, cəzasının ən azı yarısını çəkməlidir. Bundan əlavə, onun cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə edilməsi, vurduğu zərərin ödənilməsi və zərərçəkmiş tərəfin şikayətinin olmaması da mühüm rol oynayır. Bunlar əfv üçün əsas müsbət göstəricilər sayılır.”
“Əgər o, təyin olunmuş 9 il 6 aylıq cəzanın yarısından çoxunu – yəni ən azı 4 il 8 ayını çəkibsə, onunla bağlı əfv üçün müraciət edilə və buna baxıla bilər. Əks halda, hazırkı mərhələdə bu hüquqi baxımdan mümkün sayılmır.” Qeyd edək ki, əfv sərəncamları hər il müəyyən tarixlərdə – əsasən bayramlar ərəfəsində imzalanır. Geri qayıt |