Əsas Səhifə > Güney Press > Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülübBu gün, 11:18 |
|
Ermənistanın müdafiə və fövqəladə hallar nazirlərinin keçmiş müavini Ara Nazaryana qarşı antikorrupsiya istintaqı çərçivəsində ittihamlar irəli sürülüb. "Report" "Hraparak"a istinadən xəbər verir ki, ittiham Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində irəli sürülüb. Nəşrin məlumatına görə, istintaq Ermənistan Müdafiə Nazirliyi tərəfindən mənzillərin təqdim edilməsi prosesi ilə bağlıdır. Qeyd olunur ki, son illərdə Nazaryan ictimaiyyət arasında görünmür və onun indiki fəaliyyəti məlum deyil. Ara Nazaryan 2007–2017-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini, 2017–2020-ci illərdə isə fövqəladə hallar nazirinin müavini olub. Geri qayıt |