Əsas Səhifə > Güney Press > 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb

2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb


Bu gün, 17:34

2025-ci ildə Ermənistanda xidmət dövründə 9 hərbi qulluqçunun ölüm halı qeydə alınıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Anna Vardapetyan bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə 27 belə hal qeydə alınıb.

Baş prokuror məlumat verib ki, 2025-ci ildə Silahlı Qüvvələrdə 4 intihar halı, 1 vəzifəli şəxsin səhlənkarlığı nəticəsində ölüm halı, 1 tibb işçisinin peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ölüm halı qeydə alınıb.

Bundan başqa, daha bir hərbi qulluqçu ildırım vurması nəticəsində, ikisi xəstəlikdən ölüb.

O, həmçinin qeyd edib ki, ölənlər arasında altı müddətli xidmət hərbi qulluqçusu, sərhəd qoşunlarının iki çağırışçısı və bir müqaviləli hərbçi var.


Geri qayıt