Əsas Səhifə > Güney Press > "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım"

"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım"


Bu gün, 11:13

"Dəyərli sənətkarımız Naibə xanım Allahverdiyevanın qızının toy məclisi yüksək səviyyədə və böyük zövqlə təşkil olunmuşdu. Uzun aylardan sonra həmkarlarımı bir arada görmək mənim üçün xüsusi bir sevinc oldu. Səmimi münasibət göstərib salam verən, mənə yaxınlaşan hər kəsə eyni hörmətlə qarşılıq verdim. Həmkarlarımın əksəriyyəti mənim üçün darıxdıqlarını səmimiyyətlə ifadə etdilər və teatra geri dönməyimi israrla xahiş etdilər. Həyatda hər şeyin öz zamanı var. Bəzən sən Allahdan tək bir gül diləyərsən, o isə sənin üçün bir buket dolusu gözəllik hazırlayar. İnanıram ki, doğma teatrım məni gec-tez yenidən öz səhnəsinə çağıracaq. Çünki aktyor üçün səhnədən uzaq qalmaq, balığın sudan çıxarılıb quruya atılması kimidir".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.
O daha sonra birlikdə teatrda çalışan həmkarlarının ona münasibətindən danışıb.
"Məni sayanı mən də saydım, saymayanı isə sakitcə görməzdən gəldim… 100% əminəm deyiblər ki, Mehriban Xanlarova hər mənada çox dəyişilib. Çünki teatrdan ayrıldıqdan sonra dostumu da, düşmənimi də daha aydın görməyə başladım... Artıq heç nə məni təəccübləndirmir... Nə münasibətlər, nə də insanların iç üzü. Mən sadəcə öz yolumla davam edirəm və dəyər verənlərlə yol yoldaşı oluram. Bəzi qadın həmkarlarımın sənət baxımından rəqabət hissini müəyyən mənada başa düşə bilirəm. Bu, bəzən peşənin təbiətindən irəli gəlir. Amma etiraf edim ki, kişilərin də məni özlərinə rəqib kimi görməsi mənim üçün gözlənilməz oldu. Demək ki, insanın zəhməti, mövqeyi və sənətdə qazandığı yer bəzən düşündüyündən daha çox diqqət və hətta narahatlıq doğurur. Məni rəqib görənlər yanılmır... Çünki mən heç vaxt ortalama olmağı seçmədim. Amma unutmasınlar ki, mənim yarışım heç kimlə deyil, yalnız özümlədir", - deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisa Mehriban Xanlarova bir müddət əvvəl öz ərizəsi ilə Akademik Mili Dram Teatrından işdən çıxıb.




Geri qayıt