Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 115 dolları ötübBu gün, 09:44 |
|
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,04 ABŞ dolları və ya 1,79% artaraq 115,89 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,85 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Geri qayıt |