Əsas Səhifə > Güney Press > Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilərBu gün, 06:51 |
|
Rusiya Ukrayna münaqişəsi üzrə danışıqların keçirilməsi üçün zərurət yaranacağı halda Səudiyyə Ərəbistanına və ya digər regional tərəfdaşlara müraciət edə bilər. Teleqraf “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib. Diplomat qeyd edib ki, Rusiya tərəfi vasitəçilik xidmətləri ilə bağlı tərəfdaşların mütəmadi təkliflərinə görə minnətdardır. Onun sözlərinə görə, belə ehtiyac yaranarsa, Moskva danışıqlar üçün platformanın təşkili məqsədilə mütləq tərəfdaşlara müraciət edəcək. “Əlbəttə, istənilən variant mümkündür”, - deyə Borisenko vurğulayıb. Məlumata görə, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın hazırda İran ətrafındakı vəziyyətə fokuslandığını və bunun Ukrayna üzrə dialoqda fasiləyə səbəb olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində işini davam etdirdiyini qeyd edib. Geri qayıt |