Əsas Səhifə > Güney Press > “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir?

“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir?


Bu gün, 13:04

Aktivlərinə görə Azərbaycanın ən böyük özəl bankı olan “Kapital Bank” ASC-də problemli kreditlərin həcmi kəskin artıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Kapital Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 177 milyon 880 min manat olub.
“Kapital Bank”da vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 3,25% olub.
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin 69,8%-ni, yaxud 124 milyon 133 min manatını istehlak kreditləri (şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə verilən kreditlər) təşkil edib. Bu kreditlərin ümumi kredit portfelindəki payı 3,32% olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə “Kapital Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 125 milyon 398 min manat olub.
Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə “Kapital Bank”ın problemli kreditlərinin həcmi 42% və ya 52 milyon 482 min manat artıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 2,35%-dən 3,25%-ə yüksəlib.


Geri qayıt