Əsas Səhifə > Güney Press > İranın məhkəmə sisteminin rəisi əmr verdi:
İranın məhkəmə sisteminin rəisi əmr verdi:Bu gün, 10:59 |
|
“Düşmənlə əməkdaşlıq edənlər təcavüzkarla əməkdaşlığın bədəlini ödəməli, əmlakları müsadirə olunmalıdır”. Teleqraf xəbər verir ki, bunun İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib. Məhkəmə orqanlarına müraciət edən sistem rəhbəri bildirib: “Qanunun icazə verdiyi və tələb etdiyi həddə qədər düşmənin daxili və xarici tərəfdaşlarının əmlakını müsadirə edin”. Mohseni-Ejei xaricdə yaşayan iranlılarla bağlı duruma da diqqət çəkib: “Əgər xaricdə yaşayan iranlılar ölkələri hücuma məruz qaldığı üçün vətənlərinə qayıtmaq istəyirlərsə, biz onları qarşılamalıyıq. Əlbəttə, bu onların fəaliyyətlərindən asılıdır, hamısının qarşısına qırmızı xalça sərməyəcəyik”. Geri qayıt |