Əsas Səhifə > Güney Press > “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”

“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”


Bu gün, 14:08

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana gətirdiyi nümayəndə heyətinin tərkibinə baxsaq, görərik ki, onun əsaq məqsədinin hansısa ikitətəfli gündəmdən əlavə, rəsmi Bakının Rusiya və Ukrayna arasında vasitəçi tərəf olması və tərəflərin hansısa görüşünün hazırlanması olduğu istisna deyil. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında da Ukrayna lideri Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. O bildirib ki, Rusiya tərəfi də razı olarsa, belə bir görüşün Azərbaycanda keçirilməsi mümkündür.”
Bunu Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə hansısa görüş keçirilsin və Azərbaycan bu baxımdan ən təhlükəsiz yer ola bilər. Amma hələlik bu haqda məndə hər hansı dəqiq məlumat yoxdur. Bu sadəcə olaraq mənim fikrimdir. Belə düşünürəm ki, belə bir variant istisna olunmur. Yəqin ki, hər şeyi yaxın gələcək daha aydın göstərəcək”, - deyə davamında sabiq xarici işlər naziri diqqətə çatdırıb.

Geri qayıt