Əsas Səhifə > Güney Press > Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ

Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ


Bu gün, 12:39

“Üç uşağım var və ailə qurmaq istəyən məni onlarla bir yerdə qəbul etməlidir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Afaqla Onlar” verilişində deyib.

Sənətçi üç iti olduğunu bildirib:

“Üç itim var, onlara uşaqlarım kimi baxıram. Onlar mənimlə eyni evdə yaşayırlar. İkisini sığınacaqdan götürmüşəm. Xoşbəxtəm ki, onları xilas etmişəm”.

Aparıcının “Birdən ailə quranda həyat yoldaşının itə allergiyası olsa, onda neyləyəcəksən?” sualına Dilarənin cavabı belə olub:

“O şəxs məni üç uşağımla bir yerdə qəbul etməlidir. Allergiyası olsa, allergiya əleyhinə dərman qəbul edə bilər”.


Geri qayıt