Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılırBu gün, 11:01 |
|
“Lənkəran Dəmir Beton Zavodu” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 25 iyun 2026-cı il saat 12:00 da cəmiyyətin yerləşdiyi Lənkəran şəhəri, Heydər Əliyev prospektində keçiriləcəkdir. "DİA-AZ" xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin 2025-ci il üçün illik hesabatı; 2. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin fəaliyyətinin 10 il müddətinə dayandırılması. Cəmiyyətin fəaliyyətinin dayandırılması barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi; 3. Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar direktorlar şurasının (müşahidə şurasının), icra orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə xitam verilməsi. 4. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin işçilərinin əmək müqavilələrinə xitam verilməsi. Ünvan Lənkəran şəhəri, Heydər Əliyev prospektidir. (Lənkəran şəhəri, keçmiş T.İsmayılov, ev 247) Geri qayıt |