|
Tehran münaqişənin həlli üçün Vaşinqtona yeni təklif təqdim edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatına görə, təklifdə Amerika blokadasının qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı müzakirələrin irəliləməsi nəzərdə tutulur. Qeyd olunur ki, İslam Respublikasının nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə Amerika tərəfinə yeni təklif çatdırıblar. Portal yazır ki, yeni təklif danışıqlardakı mövcud durğunluğu və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün etməyə hazır olduğu nüvə güzəştlərinin miqyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağı nəzərdə tutur. Portalın məlumatına görə, İranın təklifi əsasən Hörmüz boğazı ətrafındakı böhranın və Amerika blokadasının həllinə yönəlib. Burada tərəflərin atəşkəsi uzun müddətə uzatmaları və ya müharibəyə birdəfəlik son qoymaq barədə razılığa gəlmələri təklif olunur. Təklifə əsasən, nüvə proqramı danışıqları yalnız sonrakı mərhələdə, Hörmüz boğazı açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacaq Həmçinin, mənbələrin bildirdiyinə görə, Amerika lideri aprelin 27-də İranla danışıqlardakı çıxılmaz vəziyyəti və müharibədə mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirmək niyyətindədir.
Geri qayıt
|