Əsas Səhifə > Güney Press > Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldırBu gün, 16:46 |
|
İranda müharibənin başlaması fonunda aviasiya yanacağının kəskin bahalaşması ABŞ-ın iri aviaşirkətlərinə artıq yüz milyonlarla dollar zərər vurub. Nəticədə daşıyıcılar biletlərin qiymətini artırmağa və uçuş sayını azaltmağa hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" yazır.
İran müharibəsi başladıqdan sonra Brent markalı neftin qiyməti 41% artaraq təxminən 107 dollar/barel səviyyəsinə yüksəlib. Reaktiv yanacaq isə daha sürətlə bahalaşır və aviaşirkətlər üçün əməkhaqqından sonra ikinci ən böyük xərc maddəsi olaraq qalır.
"Delta Air Lines" - Bu şirkətin yanacaq xərcləri ötən illə müqayisədə 332 milyon dollar artıb. Bununla belə, "Delta" Pensilvaniyada öz neft emalı zavoduna sahib olduğu üçün müəyyən üstünlüyə malikdir və növbəti rübdə təxminən 300 milyon dollar qənaət edə bilər.
Şirkətin baş icraçı direktoru Ed Bastian bildirib ki, "Delta" uçuş həcmini "əhəmiyyətli dərəcədə” azaldır və yanacaq qiymətlərinin artımını kompensasiya etməyə çalışır.
"United Airlines" - Şirkət yanacaq xərclərinin 340 milyon dollar artdığını, bunun ötən illə müqayisədə 12,6% çox olduğunu açıqlayıb. "United" artıq reysləri azaldır və xərcləri tam kompensasiya etməyi planlaşdırır, lakin bunun üçün hər sərnişindən əldə edilən gəlirin 15–20% artırılması tələb olunur.
Baş direktor Skott Kirbi bildirib ki, 2026-cı ildə tam kompensasiya ehtimalı zəifdir, lakin 2027-ci ildə buna nail oluna bilər. Maliyyə direktoru Mayk Leskinen isə qeyd edib ki, şirkət artan xərcləri sərnişinlərə ötürmək imkanına malikdir.
"American Airlines" - Şirkət yanacaq və əlaqəli vergilər üzrə xərclərin 13,2% artdığını, bu artımın 341 milyon dollar təşkil etdiyini bildirib. Baş direktor Robert Aysomun sözlərinə görə, şirkət yanvar ayından bəri əlavə 400 milyon dollar xərcləyib. Kommersiya direktoru Nat Pipper isə 2026-cı ildə xərclərin 4 milyard dollara qədər arta biləcəyini qeyd edib.
"Southwest Airlines" - Şirkət yanacaq xərclərinin birinci rübdə 164 milyon dollar artdığını açıqlayıb. Baş direktor Bob Cordan bildirib ki, yanacaq qiymətləri yüksək qalarsa, bu artım bilet qiymətlərinə ötürüləcək. Şirkət artıq əlavə rüsumları da artırır: baqaj haqqı 10 dollar yüksəldilib. Oxşar addımlar American, Delta və United tərəfindən də atılıb.
Geri qayıt |