Əsas Səhifə > Güney Press > Yekaterinburqa dron hücumu

Yekaterinburqa dron hücumu


Bu gün, 11:40

Yekaterinburqda dron hücumu nəticəsində yaşayış binasına ziyan dəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vilayət qubernatoru Denis Pasler teleqram kanalında məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl Yekaterinburqda dron hücumu baş verib. Yaşayış binasına ziyan dəyib”, - Pasler yazıb.
Xilasedicilər hadisə yerindədir və binadan 50 nəfər təxliyə edilib.
Qeyd edilib ki, bölgədə “Xalça” rejimi tətbiq olunur, hava məkanı bütün yüksəkliklərdə bağlıdır və hava hücumundan müdafiə sistemləri işləyir.
Pasler sakinlərdən evdə qalmalarını istəyib.
Dron hücumu nəticəsində ölüm hadisəsi baş verməyib. Hazırda təcili tibbi yardım xidmətlərinə altı çağırış qeydə alınıb və bir nəfər xəstəxanaya yerləşdirilib.


Geri qayıt