Əsas Səhifə > Güney Press > Trampın İran strategiyası niyə iflasa uğraya bilər?..
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?..Bu gün, 11:17 |
|
Davranış üzrə mütəxəssis doktor Liraz Marqalitin təhlilinə əsasən, Donald Trampın İrana qarşı hazırkı strategiyasında nəzarətsiz eskalasiyaya səbəb ola biləcək kritik psixoloji qüsur var. Marqalit mövcud yanaşmanı Con Kennedinin Kuba Raket Böhranı zamanı etdiyi hərəkətlərlə müqayisə edir və düşmən üçün "geri çəkilmə yolunun" qorunmasının vacibliyini vurğulayır.
Moderator.az İsrail saytlarına istinadla xəbər verir ki, bu haqda yerli "Maariv" qəzeti yazır.
Aşağıda vəziyyətin ətraflı təhlili verilir:
Sözlərin psixologiyası: "Karantin"dən "blokada"ya...
Dr. Liraz Marqalit qeyd edir ki, 1962-ci ildə Kennedinin uğuru əsasən onun terminologiya seçimindən asılı idi. Xruşşovu küncə sıxışdırmamaq üçün ABŞ prezidenti hərbi termin olan "blokada" əvəzinə "karantin" sözünü işlətdi. Bu, münaqişəni Kubadakı rejimin yaşaması məsələsinə çevirmədən manevr və danışıqlar üçün yer yaratdı...
Hazırkı vəziyyətdə Tramp tam əksini edir. 13 apreldə ABŞ İran limanlarının rəsmi dəniz blokadasını elan etdi. Tədqiqatçının fikrincə, Tramp sadəcə güc nümayiş etdirmir; o, rəqibini açıq şəkildə alçaltmağa çalışır ki, bu da qarşıdurmanın psixologiyasını kökündən dəyişdirir.
Təzyiq həddindən artıq və ictimai hala gəldikdə, reaktivlik mexanizmi işə düşür. Marqalit izah edir ki, belə şəraitdə liderlər və bütöv millətlər öz mənfəətləri məntiqi ilə idarə olunmağı dayandırırlar.
"Bu, artıq xərc-fayda hesablaması deyil. Bu, kimlik- identiklik haqqında danışıqlardır. Danışıqlar kimlik məsələlərinə çevrildikdə, insanlar və ölkələr istənilən iqtisadi və ya hərbi məntiqdən kənara çıxan güzəştlərə getməyə hazırdırlar."
İranın yeni ali lideri Müctəba Xamenei üçün belə bir təzyiq altında hər hansı bir güzəşt atasının qatillərinə təslim olmaq kimi görünür. Bu vəziyyətdə İran artıq iqtisadiyyatını deyil, suveren bir qurum kimi mövcud olmaq hüququnu müdafiə edir...
Trampın strategiyası niyə uğursuz ola bilər?..
Marqalitin təhlilinə görə, Trampın sərt yanaşmasının çıxılmaz vəziyyətə gətirib çıxarmasının üç səbəbi var:
Təhdidlərin ictimailəşdirilməsi:
Tramp internetdə İrandakı körpüləri və elektrik stansiyalarını dağıtmağa hazır olduğunu bəyan edir və ultimatumlarını mümkün qədər ucadan səsləndirir. Bu, onu seçiciləri qarşısında nüfuzunu itirmədən güzəştə getmək imkanından məhrum edir.
"Qızıl körpü"nün(orta həddin- S.L.) olmaması:
Kennedi Xruşşova sakit bir qələbə qazandırdı (Kuba müqabilində Türkiyədən raketlərin geri çəkilməsi), və bu haqda media bar-bar bağırmadı. Lakin Tramp kameraların tam gözü qarşısında açıq şəkildə təslim olmağı tələb edir.
Müqavimət tələsi:
Liraz Marqalit vurğulayır ki, İranın qırılmadığını sübut etməyin yeganə yolu Hörmüz boğazını atəşə tutmağa və bağlamağa davam etməkdir.
Geri qayıt |