Əsas Səhifə > Güney Press > Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir


Bu gün, 15:12

Ukrayna ordusu Donetsk regionunda komanda məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Bu barədə Sky News Ukraynanın dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 8 dron Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarının olduğu binaya yüksək dəqiqliklə zərbə endirib, nəticədə 12 zabit ölüb, daha 15 nəfər isə yaralanıb.

Brovdi deyib ki, bu tip dronlar 100 kq-a qədər partlayıcı daşıya bilir.

O qeyd edib ki, zərbə endirilən komanda məntəqəsi diversiya əməliyyatlarının təşkili, kəşfiyyat şəbəkələrinin qurulması, şəxsi heyətin cəlb edilməsi, terror aktları və yanğınların törədilməsi, eləcə də Rusiyanın yerli silahlılarının koordinasiyası ilə məşğul olub.

Zərbə anının görüntüləri də paylaşılıb.


Geri qayıt