Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > Manato vətəndaşı belə təhqir etdi
Manato vətəndaşı belə təhqir etdiBu gün, 12:58 |
|
Azərbaycanda əhaliyə kiçik kreditlər təqdim edən “Manato.az” və ya “SF Azerbaijan” BOKT-nin əməkdaşı borcunu ödəməyən vətəndaşa yazdığı mesaj birmənalı qarşılanmayıb.
Kommersant.az xəbər verir ki, Nicat Tağıyev şirkətə olan borcuna görə BOKT-nin xanım əməkdaşından qeyri-etik mesaj aldığını bildirib. Belə ki, mesajda BOKT-nin əməkdaşı 150 manat borcunu ödəyə bilməyən N.Tağıyevə "ailənə salam verdik" sözləri ilə qarşı tərəfin ailə dəyərlərini təhqir edib. Hətta şirkət rəsmisi "rəisin yanında 150 manatı ödəyə bilməyib yekə-yekə danışmağınızın izahını verərsiz" deyə mesajına əlavə də edib. Görünən odur ki, şirkət rəsmisi artıq bu kimi hallarla qarşılaşıb və vətəndaşları "rəis" dedikləri şəxsin yanına çağırıblar. "Rəis" dedikləri şəxsin vətəndaşlarla necə rəftar etdiyini biz deyə bilmərik, amma əməkdaşın ona arxalanması onu deyir ki, bu kimi vəziyyətlərdə "rəis" "lazımi" addımları atır. Geri qayıt |