Əsas Səhifə > Güney Press > 44 ilin fotoqrafı anbardara çevrildi

44 ilin fotoqrafı anbardara çevrildi


Bu gün, 17:10
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında fotoqraf ştatı ləğv edilib.
Bu barədə Qaynarinfo-ya kinostudiyanın fotoqrafı Natiq İbrahimov məlumat verib.
O bildirib ki, 44 illik təcrübəsinə baxmayaraq, hazırda müəssisədə anbardar kimi çalışır: "Mənə dedilər ki, kinostudiyanın maliyyə problemləri var. Fotoqraf ştatını ləğv etdilər və məni anbara göndərdilər. Halbuki kino fotodan başlayır. Kinoda foto yoxdursa, ona kino demək də düzgün deyil. Rəsmi olaraq anbardar görünsəm də, yenə də kinonun foto işlərini görürəm".
Natiq İbrahimov qeyd edib ki, məsələ ilə bağlı heç bir quruma müraciət etmək fikrində deyil:
"Dedilər ki, bu, müvəqqətidir və vəziyyət düzələcək. Amma artıq 5 aydan çoxdur anbarda işləyirəm. Əvvəl tam ştat maaşı alırdım, indi isə 300 manat alıram".
O, həmçinin Qarabağ döyüşlərində iştirak etdiyini və 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu bildirib:
"20 Yanvar hadisələrində yaxından iştirak etmişəm, həmin anları çəkmişəm. Üç gün kinostudiyada qalmışdım, ailəm məndən xəbər ala bilmirdi. Məni hətta morqlarda axtarmışdılar. O vaxt çəkdiyim fotoları kinostudiyada çapa verirdim. Bütün bunlar Ramiz Fətəliyevin rəhbərliyi dövründə baş verib".

Geri qayıt