Əsas Səhifə > Güney Press > Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin

Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin


Bu gün, 16:57

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bəzilərinin adları məlum olub.

"DİA-AZ" xəbər verir ki, "Qafqazinfo" əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri - Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.


Geri qayıt