Əsas Səhifə > Güney Press > Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb

Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb


Bu gün, 16:54

Kür çayında suyun səviyyəsinin artması Ağcabədi rayonu ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsinin yarılmasına səbəb olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nəticədə bənddən su sızması baş verib.

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin APA-ya verdiyi məlumata görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən axın Qarqar çayı istiqamətinə yönəlib. Nəticədə çayın təxminən 700 metr yuxarı hissəsində mühafizə bəndində sızma yaranaraq yarılma baş verib.

Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımın qarşısını almaq üçün tədbirlər davam etdirilir.



Geri qayıt