Əsas Səhifə > Güney Press > Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək

Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək


Bu gün, 11:53

Ermənistan hökuməti Qazaxıstanda ölkə səfirliyi üçün yeni binanın inşasına dair qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Layihənin həyata keçirilməsi üçün 1,5 milyon ABŞ dolları vəsaitin tələb olunduğu bildirilir.

Tikinti işləri başa çatdıqdan sonra bina Ermənistan Respublikasının mülkiyyətinə keçəcək.


Geri qayıt