Əsas Səhifə > Güney Press > “Premium Bank”ın dövlətə vergi borcu var

“Premium Bank”ın dövlətə vergi borcu var


Bu gün, 11:49

“Premium Bank” ASC-nin dövlət qarşısında vergi borcu var.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Premium Bank” ASC-nin vergi borcu 34 251.25 manatdır. Bu vergi borcu 22.04.2026-cı il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Premium Bank” ASC 1994-cü ildə təsis edilib və 174.6 milyon manat nizamnamə kapitalı var. Bankın nizamnamə kapitalının əsas payçısı 84.5% ilə Cahangir Əsgərova məxsusdur. Səhmlərin qalan 15.22%-i “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-yə, 0.31% isə Elvira Əhmədovaya məxsusdur.


Geri qayıt