Əsas Səhifə > Güney Press > "Naxçıvan duzu" adı altında saxtakarlıq...

"Naxçıvan duzu" adı altında saxtakarlıq...


Bu gün, 11:09

Son günlər cəmiyyətdə Naxçıvan duzunun tapılmaması və bəzi yerlərdə bir kisə duzun 50 manata satılması ilə bağlı ciddi narahatlıqlar yaranıb. Həm Naxçıvan sakinləri, həm də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar bu süni qiymət artımı və qıtlıqdan narazılıqlarını bildiriblər.
​Müəssisə Rəhbərliyinin Açıqlaması:
Məsələni araşdırmaq məqsədilə duz istehsalı mədəninin müdiri Anar müəllim ilə əlaqə saxlanılıb. O, yaranmış vəziyyəti aşağıdakı amillərlə izah edib:
​Təmir İşləri: Hazırda duz mədənində təmir işləri getdiyi üçün istehsal müvəqqəti olaraq dayandırılıb.
​Qiymət Məsələsi: Müəssisə rəhbərliyi bildirir ki, hazırda bazarda yüksək qiymətə təklif olunan duzların onlara heç bir aidiyyatı yoxdur və duz mədəni tərəfindən belə bir qiymət artımı tətbiq edilməyib.
Bəzi alverçilər fürsətdən istifadə edərək İran duzunu bazara Naxçıvan duzu adı altında çıxarırlar. Vətəndaşlara bildirilir ki, bu məhsulların orijinal Naxçıvan duzu ilə heç bir əlaqəsi yoxdur.
Sima Babayeva

Geri qayıt