|
Bu ilin ilk 2 ayında Azərbaycana xaricdən elmi-tədqiqat məqsədləri üçün 10 min 14 diri heyvan gətirilib. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gətirilən heyvanların bir ədədinin orta gömrük dəyəri 24 sent (41 qəpik) olub. Qeyd edək ki, elmi-tədqiqat məqsədləri üçün gətirilən heyvanların 10 mini Qazaxıstandan, 14-ü isə ABŞ-nin payına düşüb. Qazaxıstandan gətirilən heyvanların bir ədədinin orta gömrük dəyəri 20 sent (34 qəpik), ABŞ-dən gətirilən heyvanların bir ədədinin orta gömrük dəyəri isə 30 dollar (51 manat) olub.
Geri qayıt
|