Əsas Səhifə > Güney Press / Partiya > "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!"
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!"Bu gün, 08:04 |
|
"Hesablama Palatası "Dövlət auditi" bülleteni açıqlayıb – açığı, çox keyfiyyətli sənəd hazırlayıblar. Rəsmi sənəddə Gəncə İcra Hakimiyyəti, Naxçıvan MSK-dan tutun da, müxtəlif nazirliklər və dövlət idarələrinin büdcə xərcləmələrində pozuntularla bağlı adları keçir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bir tək avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) 176 milyon artıq vəsait xərclənib.
Bu azmış kimi, bu gün Maliyyə nazirliyi də açıqlama verib ki, 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində aparılan yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlanıb.
Vətəndaş olaraq təşəkkür edirəm ki, bizə büdcə yeyintiləri ilə bağlı məlumat verirsiniz, sağ olun, var olun, bülbül olun - qəfəsdə olmayın, amma, pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?! Hesablama Palatası illərdir pozuntular aşkarlayır, hesabat yayır – yaxşı, məsələn, son 5 ildə Palatanın hesabatı əsasında, sübut olunmuş yeyinti faktlarına görə neçə məmur həbs edilib, işdən çıxarılıb, neçə cinayət işi açılıb?! Bu sulların cavabı varmı?!."
Geri qayıt |