Əsas Səhifə > Güney Press > Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblərBu gün, 12:31 |
|
Ermənistanda fəaliyyət göstərən “Qarabağ Beynəlxalq Hüquq Təşəbbüsü” təşkilatı “Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi” ilə birlikdə Qarabağdan köçmüş bir qrup erməninin adından Azərbaycanı məhkəməyə verib. Tribuna.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Məhkəməsinə müraciət edənlər Azərbaycana qarşı bir sıra tələblər irəli sürüblər. Belə ki, onlar rəsmi Bakının ermənilərin Xankəndi və digər şəhərlərimizə maneəsiz gedib, gəlməsini təmin etməli, habelə Qarabağdan könüllü köçmüş ermənilər mülk və maddi ziyan müqabilində kompensasiya ödəməlidir. Geri qayıt |