|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN – 3101648411) olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “Toyota Abşeron Center” MMC-dən dəyəri 71 min 200 manat olan 1 ədəd avtomobil alacaq. Bildirilir ki, istehsal ili 2026-cı il olan qara rəngli avtomobilin mühərrik gücü 2400 kub sm. olmalı və benzilə işləməlidir. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Abşeron Center” MMC 10 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Fərid Ədalət oğludur. Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Abşeron Center” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.
Geri qayıt
|