Əsas Səhifə > Güney Press > Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI”

Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI”


Bu gün, 16:04

“Sosial şəbəkələrdə bəzi paylaşımlarda və yazılan rəylərdə kin-küdurət, qəzəb, hətta söyüş və təhqir elementləri nəzərə çarpır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış yazıçı Firuz Mustafa sosial şəbəkələrdəki mövcud vəziyyəti şərh edərkən deyib.

O, sosial şəbəkələrdə kin, qəzəb və aqressiyanın artmasının səbəblərini iki əsas amillə əlaqələndirib:

“Sosial şəbəkələr bir növ cəmiyyətin sosial güzgüsüdür. Adamlar orada öz düşüncələrini, fikirlərini və qənaətlərini açıq şəkildə ifadə etməyə çalışırlar. Lakin bir çox insan sosial şəbəkələrdə aqressiyasını daha qabarıq şəkildə büruzə verir. Bəzi rəylərdə, paylaşımlarda kin-küdurət, qəzəb, hətta söyüş və təhqir elementləri nəzərə çarpır. Bu halı iki amillə əlaqələndirmək olar. Birincisi, mədəniyyət amilidir. Mədəni səviyyənin aşağı olması, düşüncə və intellekt zəifliyi həmin neqativ fikirlərin yaranmasına səbəb olur. Bunun da kökü birbaşa təhsilə və mədəniyyətə dayanır. İkinci vacib amil isə iqtisadi vəziyyət, insanların həyat tərzi və güzəranı ilə bağlıdır. Həm mədəniyyətin, həm də iqtisadiyyatın inkişafı insanların formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Həm sosioloqlar, həm də ictimai fikri öyrənən şəxslər bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.


Geri qayıt