Əsas Səhifə > Güney Press > "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var"

"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var"


Bu gün, 16:02

Müğənni Murad Arif telekanallarda musiqi və əyləncə verilişlərinin hazırkı vəziyyətini tənqid edərək ilginc təkliflər irəli sürüb:

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb:

“Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var.

Orta səviyyəli müğənnilərin, zəif heyətlərlə “canlı” toy verilişləri də efirdən yığışdırılmalıdır. Səhər, günorta, axşam bu qədər “Balam eyy” olmaz.

Ümumiyyətlə, kanallar məzmun, janr və istiqamətinə görə ayrılmalı və fərqlənməlidir. Əyləncə yalnız toy deyil. Musiqi yalnız “6-8” deyil.

Klip saatları açılmalıdır.

Klipər həqiqi sənətçini, fərqli janrları, obrazları, rəngarəngliyi və musiqi sahəsini dirçəldir.

Gözəl bəstəkarlarımız var. Klip saatları olmayanda bu mahnılar nə alınır, nə də işlənir.

Hörmətli Azərbaycan Respublikası Audiovizual Şurası, nəzərə alın”.


Geri qayıt