Əsas Səhifə > Güney Press > “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu

“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu


Bu gün, 13:16

İran məhkəməsi 63 nəfərin əmlak və aktivlərinin müsadirəsi barədə qərar çıxarıb.

Kult.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin “Mizan” saytı məlumat yayıb.

Məlumata görə, əmlak və aktivləri müsadirə olunanlar “düşmənlə əməkdaşlıq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət”də günahlandırılıblar. Onların arasında tanınmış sənətçilər, aktyorlar, idmançılar və sosial media fəallarının da adı var.

Azərbaycan dilində çəkilən "Atabay" filminin rejissoru Niki Kəriminin də əmlak və aktivləri müsadirə olunub.


Geri qayıt