Əsas Səhifə > Güney Press > İran Ordusu ABŞ-yə müharibə elan etdi

İran Ordusu ABŞ-yə müharibə elan etdi


Bu gün, 12:14

“İran ABŞ-nin təcavüzünə cavab olaraq qarşıdurmaya hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında bildirilib.

“İran ABŞ-nin təcavüzünə cavab olaraq qarşıdurmaya hazırdır. Bu, İran gəmisinə təcavüzdən sonra nəzərdən keçirilir. Cavabın gecikməsinin səbəbi gəmidə ekipaj üzvlərinin ailə üzvlərinin olmasıdır. Onların təhlükəsizliyi təmin edildikdən sonra İran ABŞ-yə qarşı lazımi addımları atacaq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri bundan əvvəl Hörmüz boğazında blokadanı yarmağa çalışan İran gəmisinə zərbələr endirmişdi.


Geri qayıt