Əsas Səhifə > Güney Press > Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşıBu gün, 07:54 |
|
ABŞ İranla münaqişə fonunda bahalı silah ehtiyatlarının tükənməsi təhlükəsi ilə üzləşə bilər. Publika.az xəbər verir ki, "The New York Times" qəzeti məlumat yayıb. Qeyd edilib ki, İran tərəfi hər birinin qiyməti təxminən 35 min dollar olan ucuz pilotsuz uçuş aparatlarından (PUA) fəal istifadə edir. ABŞ və müttəfiqləri isə bu dronları zərərsizləşdirmək üçün istehsalı və istismarı qat-qat baha başa gələn yüksək texnologiyalı sistemlərdən yararlanırlar. Vurğulanır ki, xərclər arasındakı bu asimmetriya müdafiə resursları üzərində əlavə yük yaradır. Bənzər model daha əvvəl digər münaqişələrdə də özünü göstərib və ucuz PUA-ların kütləvi tətbiqi bahalı əks-tədbir sistemlərinin effektivliyinə təsir edib. Qiymətləndirmələrə görə, hərbi əməliyyatların yalnız ilk altı günü ərzində ABŞ-ın xərcləri 11,3 milyard dollara çatıb. Amerika Sahibkarlıq İnstitutunun analitikləri hesab edirlər ki, ümumi xərclər gələcəkdə 25-35 milyard dollar təşkil edə bilər və bu vəsaitin mühüm hissəsi hava hədəflərinin vurulmasına yönəldilib. Ekspertlər ABŞ-ın texnoloji üstünlüyünə baxmayaraq, arsenalın boşalması riskinə diqqət çəkirlər. Bu vəziyyət müasir münaqişələrdə hərbi xərclərə yenidən baxılmasının, yüksək texnologiyalı sistemlərlə kütləvi müdafiə vasitələri arasında balansın qorunmasının zəruriliyini bir daha gündəmə gətirir. Geri qayıt |