Əsas Səhifə > Güney Press > Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı

Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı


Bu gün, 16:05

Gürcüstanın Daxili İşlər Nazirliyi Batumidə iri həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasında şübhəli bilinən iki Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, əməliyyat tədbirləri zamanı 1995-ci il təvəllüdlü A.A. və 1994-cü il təvəllüdlü S.Z. tutulub.

Məlumata görə, onların müvəqqəti yaşadığı ünvana baxış zamanı polis əməkdaşları külli miqdarda narkotik və psixotrop maddələr aşkarlayıb. Hüquq-mühafizə orqanları tərəfindən, həmçinin qadağan olunmuş maddələrin qablaşdırılması və sonradan yayılması üçün nəzərdə tutulan müxtəlif vasitələr də götürülüb.


Hazırda saxlanılan şəxslərə rəsmi ittiham irəli sürülüb. Faktla bağlı cinayətin bütün halları və maddələrin tədarük kanallarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


Geri qayıt