Əsas Səhifə > Güney Press > Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb

Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb


Bu gün, 06:26

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trumpın Livana zərbələrə qadağa ilə bağlı açıqlamasından şoka düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb. Bildirilir ki, Tramp “Truth Social” sosial şəbəkəsində ABŞ-nin İsrail tərəfinə Livan ərazisinə hücum etməyi qadağan etdiyini yazıb.

Məlumata görə, İsrail rəsmiləri dərhal Ağ Evdən bu açıqlama ilə bağlı izahat tələb ediblər. Portal qeyd edir ki, Netanyahu bu bəyanatdan sonra çaşqın və narahat vəziyyətə düşüb.

Qeyd olunur ki, Trampın sözləri daha əvvəl əldə olunmuş razılaşma ilə ziddiyyət təşkil edir. Həmin razılaşmaya əsasən, atəşkəs dövründə belə İsrailin özünümüdafiə hüququ saxlanılır.

Xatırladaq ki, aprelin 17-də tərəflər arasında 10 günlük atəşkəs qüvvəyə minib. Bununla belə, NNA agentliyinin məlumatına görə, İsrail ordusu atəşkəsə baxmayaraq Xiyam şəhəri istiqamətində artilleriya atəşi açıb.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail və Livan arasında yeni hərbi toqquşmaların qarşısını alacaq razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.


Geri qayıt