Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > В«AzərsuВ» rəhbərliyi Fətullah Gülənə yaxın iş adamları ilə kimin hesabına əlaqə qurub?
В«AzərsuВ» rəhbərliyi Fətullah Gülənə yaxın iş adamları ilə kimin hesabına əlaqə qurub?3-06-2014, 15:59 |
![]() DİA.AZ: - Hakimiyyətin В«nurçuВ» məmurlara qarşı kampaniyasının yeni dalğası start götürə bilər. Belə ki, Türkiyədə Fətullah Gülən cameəsi ilə hakim Ədalət və Qalxınma Partiyasının (AKP) münasibətləri pozulduqdan sonra hədəfə çevrilən Səid Kürdi (Nursi) davamçıları Azərbaycanda da təqib olunmağa başladılar. Bu əsnada hərəkətə keçən bəzi iqtidariçi qüvvələr öz rəqiblərini sıradan çıxara bilmələri üçün yaranmış fürsəti dəyərləndirdilər ki, nəticədə Elnur Aslanov, Elşad İsgəndərov kimi məmurlar В«nurçuВ» ittihamı ilə vəzifələrindən alındılar. DİA.AZ-a bütün bunları xatırladan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, proses hələ bitməyib və daha bir neçə məmurun eyni qaydada iqtidar düşərgəsindən çıxdaş edilməsi gözlənilir. ![]() Məlumatlı mənbənin diaaz.space-a söylədikləri: В«Konkret olaraq В«AzərsuВ» şefi bu gün açıq şəkildə nurçularla əlaqədə ittiham olunur. Əslində Qorxmaz Hüseynov zaman-zaman Fətullah Gülənə yaxın iş adamları ilə bir sıra dövlət layihələrini icra edib. Daha dəqiqi, В«AzərsuВ»nun bir sıra tenderlərini məhz Gülən camaatına yaxın iş adamlarının şirkətləri qazanıb ki, bu da əslində bir sıra qanunsuzluqlardan xəbər verməkdədirВ». Mənbəmiz bildirir ki, əslində Qorxmaz Hüseynovu В«nurçuВ» ittihamı ilə dışlayanlar haqlı olsalar da, В«AzərsuВ» rəhbəri bu məsələdə heç də müstəqil olmayıb: В«Təbii ki, hansısa iri dövlət layihələrinin icrasında Qorxmaz Hüseynov kimi bir fiqur müstəqil olaraq qərar verə bilməzdi və verməyib də. Elə buna görə də bu gün В«AzərsuВ» şefini hədəfə alanlar da niyyətlərinə çata bilmədilər. Araşdırmalar da ortaya çıxardı ki, Fətullah Gülənə yaxın iş adamlarının В«AzərsuВ»nun layihələrində iştirakı ciddi himayə altında baş tutub. Bu səbəbdən Qorxmaz Hüseynovu hədəfə alan qüvvələr geri çəkilməli oldularВ». ![]() Mənbəmizin diaaz.space-a söylədiyinə görə, amma buna rəğmən yenə də В«AzərsuВ» şefinə qarşı bir kampaniyanın başladılması düşünülür: В«Düzdür, indiki şəraitdə münasibətlərin nisbətən yumşaq atmosferə keçid etdiyi müşahidə olunur. Amma Qorxmaz Hüseynov hələ də hədəfdədir və yaxın günlərdə ona qarşı ciddi kompromatların ictimailəşdirilməsi planlaşdırılırВ». Məlumata görə, bununla da rəqib cinah В«AzərsuВ» şefindən birdəfəlik olaraq can qurtarmağı düşünür. Geri qayıt |