Əsas Səhifə > Güney Press > UNEC tenderlər elan etdi maraq göstərən şirkət tapılmadı
UNEC tenderlər elan etdi maraq göstərən şirkət tapılmadıDünən, 12:58 |
|
Azərbaycan Dövlət İqtisad Universiteti PHŞ tərəfindən elan edilmiş iki satınalma tenderi ləğv edilib. "DİA-AZ" xəbər verir ki, birinci tender İSCEMR saytının yaradılması xidmətinin satın alınması ilə bağlı idi. Tender 23 sentyabr 2025-ci il saat 17:51-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi 15 oktyabr 2025-ci il saat 11:00, zərflərin açılışı isə eyni gün keçirilmişdir. Tenderin ehtimal olunan qiyməti 10 750 AZN təşkil edirdi. Ləğv edilmə səbəbi, iştirakçıların sayının üçdən az olması (36.1.1-ci maddə) olmuşdur.İkinci tender isə promo məhsullarının istehsalı üçün lazım olan malların satın alınması üzrə elan edilmişdi. Müsabiqə 23 sentyabr 2025-ci il saat 11:25-də dərc edilmiş, təkliflərin son təqdim olunma tarixi 14 oktyabr 2025-ci il saat 12:10, zərflərin açılışı isə eyni gün baş tutmuşdur. Tenderin ehtimal olunan qiyməti 37 996 AZN təşkil edirdi. Ləğv edilmə səbəbi yenə iştirakçı sayının qanunla müəyyən edilmiş həddən az olmasıdır. Beləliklə, Azərbaycan Dövlət İqtisad Universitetində cari ildə ümumilikdə 48 746 AZN dəyərində iki tender ləğv olunmuşdur. Geri qayıt |