Əsas Səhifə > Güney Press > Paşinyan hökumətində təmizləmə əməliyyatı
Paşinyan hökumətində təmizləmə əməliyyatıDünən, 12:26 |
|
Ermənistanda hökumət daxilində kütləvi istefalar və ixtisarlar gözlənilir. “Iravnuk” qəzetinin Baş nazirin Administrasiyasındakı mənbələrə istinadən yazdığına görə, artıq işdən azad ediləcək məmurların siyahısı təsdiqlənib və ilk addımların yaxın günlərdə atılması planlaşdırılır. Mənbələr bildirir ki, seçkilər yaxınlaşdıqca dövlət qulluğunda çalışanlar üçün vəziyyət gərginləşir — hər bir məmur istənilən anda vəzifəsini itirə bilər. Analitiklər hesab edir ki, Paşinyanın bu addımı öz siyasi komandasını yeniləmək və seçkilər ərəfəsində nəzarəti gücləndirmək məqsədi daşıyır. Geri qayıt |