Əsas Səhifə > Güney Press > Paşinyan Fransada Makronla görüşəcək

Paşinyan Fransada Makronla görüşəcək


Dünən, 11:51

Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərdə olacaq.

APA xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, səfər çərçivəsində Baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Oktyabrın 30-da Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.


Geri qayıt