Əsas Səhifə > Güney Press > Tacir GİZLİNLƏRİ AÇDI

Tacir GİZLİNLƏRİ AÇDI


Dünən, 10:55

“Ürəyimdə elə sirlər yatır ki, hansı birini açsam, dünya dağılar, bəlkə də ailələr dağılar, tufan qopar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Gün ortası” verilişində deyib. Sənətçi ürəyində qəbir evinə qədər daşıyacağı sirlərdən danışıb:

“Elə sirlər var, mənim qəlbimdə yatır, onu açmıram. Ölənə qədər o sirlər mənimlə qəbir evinə gedəcək. Tanınmışlarla da bağlıdır, özümlə də… O sirr mənə və qarşımdakı insana məxsusdur. Heç bir vaxt da açılmayacaq. Heç açsam da, o insan mənə pislik etməz. Amma açmaram. Bu yalnız sevgi ilə bağlı deyil. Bir insanla mənim aramda bir il, iki il hisslər yaşanıb, sonra o öz yoluna, mən öz yoluma…”


Geri qayıt