Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq

Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq


Bu gün, 09:44

Tezliklə Ermənistan müxalifəti və kilsənin bir sıra xadimlərinin şəxsi həyatları ilə bağlı qalmaqallı görüntülər yayımlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hakim qanadın nümayəndələri son günlər tez-tez bəyan edirlər ki, tezliklə partlayacaq seks qalmaqalları olacaq. Sonuncular intim videoların hədəfinin təkcə din xadimləri deyil, bir sıra müxalif siyasilərin də olduğunu açıq etiraf edirlər”, - qəzet qeyd edib.

Ermənistanın hakim “Vətəndaş Müqavilə” fraksiyasının katibi Artur Ovannisyan bundan əvvəl söyləmişdi ki, bu yöndə müxtəlif məlumatların ortaya çıxa biləcəyi istisna olunmur: “Hansı mənbələrdən, kimlər tərəfindən, hansı məqsədlə toplanıb, bilmirəm”.


Geri qayıt