Əsas Səhifə > Güney Press > Tramp Venesuela hökumətini devirmək niyyətindədir
Tramp Venesuela hökumətini devirmək niyyətindədirBu gün, 07:49 |
|
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raşida Tlaib bildirib ki, prezident Donald Tramp Venesuelada hakimiyyəti dəyişdirmək məqsədilə müharibə başlatmağı planlaşdırır. Teleqraf xəbər verir ki, bu barədə Tlaib bu açıqlamanı "Win Without War" təşkilatının tədbirində səsləndirib. O vurğulayıb ki, heç kəsdə belə bir səlahiyyət olmamalıdır, həmçinin prezidentin “Karib hövzəsində insanları öldürmək” barədə bəyanatı və hakimiyyəti zorla dəyişdirmə niyyəti ciddi narahatlıq doğurur. Tlaib həmçinin Trampın narkotrafiklə əlaqəli şəxslərə qarşı sərt hərbi tədbirlərdən və “onları məhv etmək” fikrindən narahatlıq ifadə edib. Qeyd edək ki, prezident Tramp bir sıra çıxışlarında narkotik qaçaqmalığı ilə bağlı sərt addımlar atılacağını bildirmişdi. Geri qayıt |